23:20
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin izdihamı nəticəsində ölənlərin sayı 153 nəfərdən 154-ə yüksəlib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ölənlər arasında 14 ölkədən 26 əcnəbi var. 130-dan çox adam yaralanıb.
Ölənlərin 98-i qadın və 56-sı kişidir. Polis 154 qurbandan 153-nün şəxsiyyətini müəyyənləşdirib və onların ailələrinə məlumat verilib.
Qeyd edək ki, hadisə oktyabrın 29-da baş verib. Cənubi Koreyada matəm elan edilib.
----------
09:52
Cənubi Koreyanın hakimiyyət orqanları Seulda Hellouin şənliyi zamanı şəhərin mərkəzindəki İthevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "News-1" agentliyi təcili yardım xidmətlərinə istinadən xəbər verib.
Məlumata əsasən, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır.
Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilib.
--------
23:25
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.
Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
22:05
Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 59 nəfər ölüb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Mirror" Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.
İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.
Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.
Bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.
Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
"Yonhap" agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
Milli.Az