Dünya

Rusiya vətəndaşlarının Çexiyaya girişi qadağan olunub

25 Oktyabr 2022 08:56
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya hakimiyyəti oktyabrın 25-dən Rusiya vətəndaşlarının turizm, mədəni və ya idman tədbirlərində iştirakı üçün verilən qısamüddətli Şengen vizası ilə ölkəyə girişini rəsmən bağlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qərar bütün turist vizalarına şamil edilir. İndi Şengen zonasının xarici sərhədləri, yəni beynəlxalq hava limanları vasitəsilə Çexiyaya gələn Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək.

İş və ya müalicə məqsədilə respublikaya səfər edən sərnişinlər üçün istisna mövcuddur. Həmçinin, məhdudiyyət Çexiyada və ya digər Aİ ölkəsində yaşamaq icazəsi olanlara şamil edilmir.

Sərnişin deportasiya edildikdə onun geri qaytarılması xərcləri aviaşirkət tərəfindən ödənilir. Bundan əlavə, daşıyıcını cərimə gözləyir.

Xatırladaq ki, qərarı Çexiyanın xarici işlər naziri Yan Lipavski elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.