"Survivor" yarışması ilə məşhurluq qazanan Aktyor Efecan Dianzenza paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sosial şəbəkə hesabında boşanmasından peşmanlığını dilə gətirən sənətçi göz yaşları töküb.
O, yaşadığı hissləri belə dilə gətirib:
"16 illik evliliyimi sonlandırdığıma görə çox peşmanam. Üzr istəyirəm. Tək varlığım ailəmdir və onları geri qazanmaq üçün hər şey edəcəyəm".
Xatırladaq ki, cütlük 5 ay əvvəl evliliklərini sonlandırıblar.
Hüseyn
Milli.Az