İdman

Millimizin üzvü dava saldı, stadionun şüşəsini sındırdı - VİDEO

15 Oktyabr 2025 15:30
Baxış: 519
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində ötən gün Şotlandiyaya qarşı keçirdiyi oyundan sonra dava düşüb.

Milli.Az xəbər verir ki, buna səbəb şotlandların qapıçısı və müdafiəçisinin millimizin ehtiyat oyunçular skamyasına tərəf gələrək qeyri-etik jestlə sevinməsi olub.

Final fitindən sonra "Sabah"ın üzvü Xəyal Əliyev buna görə onların üzərinə hücum çəkib. Digər futbolçuların müdaxiləsindən sonra isə ara sakitləşib. Amma sakitləşməyən X.Əliyev "Dalğa Arena"nın pəncərələrindən birinin şüşəsini sındırıb.

Qeyd edək ki, Xəyal Əliyev matçda 2 qolla yadda qalıb və qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik:(sport1.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.