Dünya

Xala bacısı qızını öldürdü

24 Oktyabr 2022 19:40
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Tuvada 24 yaşlı yerli sakin 10 aylıq bacısı oğlunu qətlə yetirdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, ötən il iyulun 29-da Kızılda fərdi evdə rus qadın keçmiş birgə yaşadığı şəxslə spirtli içki qəbul edərkən bacısının xahişi ilə kiçik oğluna baxıb. Böyüklərin arasında mübahisə yaranıb və sərxoş qadın həmin an qucağında körpə saxlayan kişiyə bıçaqla hücum etmək qərarına gəlib.

"Eyni zamanda bıçaq kişinin çiyninə, sonra isə uşağın kürəyinə dəyib", - deyə Komitə bildirib.

Nəticədə oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.