Dünya

ABŞ müharibəyə hazırlaşır: ilin sonuna qədər...

24 Oktyabr 2022 05:11
Baxış: 2 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvan üzərində münaqişənin kəskinləşməsi çox güman ki, bu ilin əvvəlində baş verəcək. Bunun fonunda Asiya-Sakit Okean regionunda Amerika gəmiləri döyüşə hazır olmalıdır".

Milli.Az Qazet.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Mayk Qildey deyib.

"Son 20 il ərzində biz gördük ki, onlar (Çin hakimiyyəti - red.) verdikləri hər bir vədi yerinə yetiriblər... 2027-ci ilə qədər olan vaxt intervalı haqqında danışarkən, düşünürəm ki, bu, 2022-ci ilin sonu və ya potensial olaraq 2023-cü ilin əvvəli olmalıdır, mən bunu istisna edə bilmərəm"- deyə amerikalı admiral qeyd edib.

Qildey Atlantik Şurasının iclası zamanı Tayvanla bağlı vəziyyəti dəyərləndirib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin modernləşdirməyə ehtiyacı olduğuna da diqqət çəkib.

Daha əvvəl bildirilmişdi ki, Taybey ada ordusunun "istənilən vaxt" Çinin hücumuna hazır olduğunu elan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.