Dünya

Ermənistanda ölü vəziyyətdə aşkarlanan əcnəbilərin sayı artır

23 Oktyabr 2022 14:33
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ildə Ermənistanda meyiti tapılan xarici ölkə vətəndaşlarının sayı artaraq 4 nəfərə çatıb.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Qeyd edilir ki, bugünlərdə Davtaşen körpüsündə ölmüş vəziyyətdə tapılan 21 yaşlı şəxsin Rusiya vətəndaşı olduğu məlum olub. Daha əvvəl bildirilib ki, İrəvanın Davtaşen inzibati rayonunda körpünün altından qətlə yetirilmiş iki kişinin meyiti aşkarlanıb.

Faktla bağlı Ermənistanın Cinayət Məsəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, iyulun 1-də Ermənistanda Livan vətəndaşının meyiti aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin 51 yaşlı Şaxe Q. olduğu müəyyənləşib.

Bundan əvvəl isə İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb. Eyni zamanda daha əvvəl paytaxtda İran vətəndaşının asılmış meyiti tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.