Şimali Koreya hərbçiləri yenidən Yapon dənizi və Sarı dənizə doğru artilleriya atəşi açıblar.
Milli.Az axar.az-a istinadən bildirir ki, Şimali Koreya qərb sahilindən Sarı dənizə doğru 100, şərq sahilindən isə Yapon dənizinə 150 yaylım atəşi açıb.
Açıqlamada deyilir ki, mərmilər Şimali və Cənubi Koreya arasında yaradılmış dəniz bufer zonalarına düşüb.
Milli.Az