Şimali Koreya artilleriya atışına başladı

18 Oktyabr 2022 21:52

Şimali Koreya hərbçiləri yenidən Yapon dənizi və Sarı dənizə doğru artilleriya atəşi açıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, Şimali Koreya qərb sahilindən Sarı dənizə doğru 100, şərq sahilindən isə Yapon dənizinə 150 ​​yaylım atəşi açıb.

Açıqlamada deyilir ki, mərmilər Şimali və Cənubi Koreya arasında yaradılmış dəniz bufer zonalarına düşüb.

Milli.Az