Dünya

Si Cinpin and içdi ki, Çin heç vaxt sərhədlərini genişləndirməyəcək

16 Oktyabr 2022 09:48
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin heç vaxt hegemon kimi çıxış etməyəcək və sərhədlərini genişləndirməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Çin Kommunist Partiyasının 20-ci Qurultayının açılış mərasimində Çin sədri Si Cinpin deyib.

Çin lideri vurğulayıb ki, ölkəsi müstəqil və sülhsevər xarici siyasətə qətiyyətlə yanaşır.

O əlavə edib ki, Çin hegemonluq və güc siyasətinin bütün formalarına qəti şəkildə qarşıdır və soyuq müharibə düşüncəsini qəbul etmir.

Bununla yanaşı, Çin Xalq Respublikasının sədri ölkəsinin Tayvanla sülh yolu ilə birləşməyə çalışacağını bəyan edib.

O, eyni zamanda qeyd edib ki, bu problemin güc vasitəsi ilə həlli də istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.