Dünya

Hakerlər Bolqarıstan prezidentinin saytına hücum etdilər

15 Oktyabr 2022 20:46
Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan Prezidentinin administrasiyasının internet saytı şənbə günü səhər kütləvi DDoS hücumuna məruz qalıb və bu, işin dayandırılmasına və ya səhifəyə girişin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.

Bu barədə Bolqarıstan İnformasiya Agentliyi məlumat  yayıb.

Prezidentin mətbuat xidməti hücumun saytın məzmununa təsir etmədiyini vurğulayıb. Hücumun nəticələrini minimuma endirmək üçün də tədbirlər görülüb.

Bundan əlavə, Bolqarıstanın bir sıra dövlət qurumlarının internet saytları da sındırılıb.

Sofiya Şəhər Prokurorluğu mediada haker hücumu ilə bağlı məlumatların yoxlanılması barədə göstəriş verib.

Bolqarıstan Baş prokurorunun müavini, eyni zamanda Milli İstintaq Xidmətinin direktoru olan Borislav Sarafov kiberhücumun Rusiyanın Maqnitoqorsk şəhərindən həyata keçirildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.