Hindistan ordusu ilk dəfə sualtı qayıqdan ballistik raket buraxılışı həyata keçirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hindistan artıq yerdə, suda və havada nüvə zərbəsi endirməyə qadir olan ölkələr sırasına daxil olub. İndiyədək belə potensiala yalnız 5 ölkə - ABŞ, Rusiya, Çin, Fransa və Birləşmiş Krallıq malik idi. Hindistan istehsalı olan sualqtı qayıqdan buraxılış uğurla həyata keçib. Bu qayıqlar nüvə başlıqlı raketləri də daşımaq imkanına malikdir.
Milli.Az