Dünya

Artur Terçanyan həbs edildi - Krım körpüsünü o partladıbmış...

14 Oktyabr 2022 11:41
Baxış: 4 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krım körpüsündə baş vermiş partlayışda şübhəli bilinən 5 nəfər, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyan barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az bildirir ki, bu barədə "İzvestiya" məhkəmə qərarına əsasən məlumat yayıb.

O da əlavə olunub ki, həbs qətimkan tədbiri 8 dekabra kimi seçilib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobilinin partlaması nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub. Terrorizm maddəsi ilə cinayət işi başlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə partlayışdan sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdı ki, aralarında Rusiya, Ukrayna və Ermənistan vətəndaşları var idi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.