Dünya

Ögey oğlunu bıçaqlayıb həyətdə basdırdı

14 Oktyabr 2022 04:44
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Voloqda vilayətində keçmiş həyat yoldaşının 40 yaşlı oğlunu öldürməkdə şübhəli bilinən 56 yaşlı rusiyalı saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Sentyabrın sonunda Belozersk şəhər sakini ondan ayrı yaşayan oğlunun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Oktyabrın 11-də itkin düşən şəxsin meyiti mərhumun keçmiş ögey atasının uzun müddət yaşadığı evin həyətində yerin altından tapılıb. Meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Faktla bağlı iş açılıb. Qətldə şübhəli bilinərək qətlə yetirilənin anasının keçmiş əri saxlanılıb. İlkin məlumata görə, o, ögey oğlunu bıçaqlayaraq meyitini ərazidə basdırıb. İstintaq təqsirləndirilən şəxsin istintaq təcridxanasına salınması ilə bağlı vəsatət qaldıracaq.

Hazırda İstintaq Komitəsinin əməkdaşları cinayətin baş vermə səbəblərini və motivlərini müəyyənləşdirirlər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.