Dünya

Kişi Pensiya Fondunun qadın müdirinə benzin tökərək yandırıb

13 Oktyabr 2022 11:35
Baxış: 1 204
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada, Mineralnıye Vodı şəhərində naməlum şəxs Rusiya Pensiya Fondunun binasına gələrək qadın müdirinə benzin tökərək yandırıb.

Milli.Az bildirir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Telegram kanalında məlumat verib.

Hücumdan sonra qadın sağ qalıb, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsi həbs ediblər. Onlar kişinin belə davranışının səbəblərini araşdırırlar.

Qubernator xəsarət alanın tezliklə sağalmasını arzulayıb. Hələlik baş verənlərlə bağlı başqa təfərrüatlar yoxdur.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.