Dünya

"İranlı PUA təlimatçıları Ukraynaya gətirilib" - ABŞ institutu

13 Oktyabr 2022 10:07
Baxış: 2 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ola bilsin, Rusiya qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə "Şahed-136" PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər: "Rusiya mənbələri Ukrayna qoşunlarının oktyabrın 12-də Xerson vilayətinin şimal-qərbində və qərbində əks-hücum əməliyyatları keçirdiklərini iddia etməyə davam ediblər. Ukrayna Xerson vilayətində 5 yaşayış məntəqəsini azad etdiyini rəsmi şəkild təsdiqləyib".

İnstitutdan qeyd olunub ki, Rusiya əsgərlərinin təminatında çətinliklər var: "Müdafiə Nazirliyi az təcrübəli və ya ümumiyyətlə təlim keçməmiş şəxsləri Ukraynaya göndərməkdə davam edir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.