Dünya

Bayden Putinlə görüşəcəkmi? - Özü açıqladı

12 Oktyabr 2022 08:16
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden hazırda Rusiya dövlət başçısı Vladimir Putinlə qarşıdan gələn G20 sammitində görüşməyi planlaşdırmadəığnı bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti CNN telekanalına müsahibəsində deyib.

Bayden bildirib ki, görüş Rusiya liderinin nəyi müzakirə etmək istəməsindən asılı olacaq.

"Baxın, onunla görüşmək fikrim yoxdur. Ancaq məsələn, G20 zirvə toplantısında yanıma gəlib desə ki, mən amerikalı Brittni Qraynerin azad edilməsi haqqında danışmaq istəyirəm, onda vəziyyət fərqli olacaq. Ancaq təsəvvür edə bilmirəm",- deyə Bayden bildirib.

Müsahibə zamanı o Rusiya-Ukrayna müharibəsindən danışıb. Bayden bildirib ki, ölkəsi bir mövqe tutub: "Ukraynasız Ukrayna ilə bağlı [müzakirə olunacaq] heç nə yoxdu".

Bayden deyib ki, nə plksəi nə də digər müttəfiqlər Rusiya ilə danışıqlara hazır deyil.

"Baxın, o, qəddar davrandı. Məncə, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşməyin mənasını görmürəm", - deyə Bayden əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.