Dünya

Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib

9 Oktyabr 2022 12:51
Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Xerson vilayətinin Berislav rayonunun Şevçenkovka kəndini Rusiya hərbçilərindən azad ediblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.

"Ukrayna Silahlı Qüvvələri sayəsində Ukrayna bayrağı yenidən bu yaşayış məntəqəsi üzərində dalğalanır. Artıq terror törədən və öldürən Rusiya işğalçıları yoxdur. Bu gözəl insanlar üçün ən pis günlər arxada qalıb", - Yanuşeviç teleqram kanalında yazıb.

O qeyd edib ki, rəhbərlik artıq yaşayış məntəqəsində dinc həyatın bərpası istiqamətində işlərə başlayıb.

"Beynəlxalq tərəfdaşlarımızdan humanitar yardım gətiririk, insanlar pensiya və digər nağd ödənişlər alacaqlar. Biz işğaldan azad edilən qəsəbələri həmçinin qışa hazırlayırıq. Əhalinin odun və soba ilə təmin olunması üzərində işləyirik", - hərbi vilayət administrasiyasının rəhbəri vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.