Dünya

Rusiya-Gürcüstan danışıqları başladı

5 Oktyabr 2022 22:15
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat yayıb.

Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya bildirib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:

"Gürcüstanın Avropa Birliyi, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri bu gün keçirilən danışıqların baş tutmasında vacibdir".

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ danışıqlarda iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.