Dünya

Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

4 Oktyabr 2022 08:54
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna İspaniya və Portuqaliya ilə birgə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu qərarı İspaniya və Portuqaliya hökumətləri və Ukrayna prezidenti Volodimir Zelenski verib. Birgə müraciət oktyabrın 5-də elan olunacaq.

Qrup mərhələsinin oyunlarına ukraynalılar ev sahibliyi edəcək, ancaq turnirin təşkili üçün lazım olan infrastruktur bərpa olunsa.

"The Times" bu müraciətin dünya çempionatının ev sahiblərinin seçilməsində qalib gəlmə şansını yüksək qiymətləndirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Yunanıstan, Uruqvay, Argentina, Paraqvay, Çili, eləcə də Mərakeş dünya çempionatına ev sahibliyi etmək üçün iddialıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.