Dünya

Kanadadan İrana qarşı yeni sanksiyalar

3 Oktyabr 2022 23:50
Baxış: 810
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanada İrana qarşı yeni sanksiyalar elan edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Kanada Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, sanksiyalar, xüsusən də hicabın düzgün geyinilməməsi səbəbindən saxlanılan İran vətəndaşı Məhsa Əmininin ölümü ilə bağlıdır.

Bu yeni tədbirlər Kanada Hökumətinin mövcud sanksiya rejiminə əsaslanır və 25 fiziki şəxs və 9 qurumu əhatə edir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami, eləcə də Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Kaani də sanksiya siyahısına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.