Dünya

Daha bir məşhur Rusiyanı tərk etdi

3 Oktyabr 2022 17:11
Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Birinci Kanalın aparıcısı Yekaterina Andreeva oktyabrın 2-də səhər saatlarında İstanbula uçub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun qeydiyyat üçün növbəyə duran zaman çamadanla çəkildiyi fotolarını Kseniya Sobçak teleqram kanalında yayımlayıb. Aparıcının bu addımı isə ölkədən qaçması kimi yozulub.

"İstanbul gözəl şəhərdir, hər kəsin istirahət etmək hüququ var. Amma bir sualım var. Andreevaya gəlincə, təbliğatçılar da onun ölkədən qaçdığını yazacaqlar. Necə ki, guya, Sobçak hər iki həftədən bir qaçır" deyə, Ksenya paylaşımında yazıb. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücum etməsindən sonra bir çox məşhur ölkəni tərk edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.