Dünya

Alman kəşfiyyatı Kiyevi məxfi məlumatlarla təmin edir

29 Sentyabr 2022 12:01
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya federal hökuməti Ukraynanı məxfi məlumatlarla təmin edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti məlumat yayıb.

"Yayın əvvəlindən Federal Kəşfiyyat Xidməti gizli əməliyyat çərçivəsində Ukraynaya müharibə zonasından məxfi məlumatlar verir. Ukrayna kəşfiyyat xidmətinə daxil olan yüzdən çox məlumat arasında peyk görüntüləri və Rusiyanın mövqeləri haqqında ələ keçirilən rabitələrdən götürülən məlumatlar da olub. Almaniya təhlükəsizlik dairələri Federal Kəşfiyyat Xidməti ilə Ukrayna kəşfiyyatı arasında əməkdaşlığı təsdiqləyib. Aprel ayında məlumatların təhlükəsiz ötürülməsi üçün xüsusi texniki materiallar Kiyevə çatdırılıb",- məlumatda deyilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.