Dünya

"İan" qasırğası səbəbindən bütün ölkə işıqsız qalıb

28 Sentyabr 2022 09:27
Baxış: 959
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İan" qasırğasından sonra Kubanın bütün ərazisi işıqsız qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kubanın "Union Electrica" şirkəti məlumat yayıb.

Operatorun məlumatına görə, Kubanın qərb, mərkəzi və şərq sektorlarında elektrik şəbəkəsinin işində ciddi fasilələr qeydə alınıb.

Əlavə olunub ki, ölkənin enerji sistemi bu gecədən sabah səhərə qədər mərhələli şəkildə bərpa olunacaq.

Sentyabrın 27-də qasırğa 3-cü kateqoriyaya qədər gücləndi. Küləyin sürəti 50 metr/saniyəni keçib. İndi qasırğa ABŞ-ın Florida ştatına doğru irəliləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.