Dünya

Ukraynalılar üçün nüvə zərbəsi zamanı təlimat hazırlandı

28 Sentyabr 2022 08:35
Baxış: 1 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın nüvə silahından istifadə etməsi Ukraynanın öz ərazilərini müdafiə etməsinə mane olmayacaq".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

"Əgər dünya ictimaiyyətindən, NATO ölkələrindən belə hücuma reaksiya verilməsə, bu o demək deyil ki, biz öz torpağımızı müdafiə etməyəcəyik. Heç kim bizə mane ola bilməz: nə Putin, nə də onun ordusu. Bu, dəfələrlə sübuta yetirilib", - deyə Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatı Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi zaman vətəndaşlar üçün ətraflı təlimat hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.