Dünya

Rusiya “Şimal axını” marşrutu üzrə Avropaya qaz nəqlini tamamilə dayandırdı

27 Sentyabr 2022 17:56
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya sentyabrın 27-də "Şimal axını" əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, bu istiqamətdə qaz nəqli zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcək.

Məlumata görə, Rusiyadan Ukraynaya, oradan isə Avropaya təbii qazın ötürülməsi davam edir. Ukraynanın "Soxranovka" qazpaylayıcı stansiyasından ixracat dayanıb. Ancaq "Sudja" stansiyasından sutkada 42,4 milyon kub metr qaz nəql edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.