Dünya

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

27 Sentyabr 2022 14:28
Baxış: 1 570
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq barədə düşünmür.

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib: "Bu, mənim üçün sürprizdir. Bu barədə şərh verə bilmərəm".

Qeyd edək ki, Anastasiya Davidova 2004 və 2008-ci ildəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.