ABŞ Rusiyanın işğal etdiyi əraziləri heç vaxt onun bir hissəsi kimi tanımayacaq.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
Onun sözlərinə görə, saxta referendumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanı məsuliyyətə cəlb etmək və Ukraynaya lazım olan müddətdə dəstək vermək üçün işləməyə davam edəcəyik. Yaxın günlərdə ictimaiyyət ABŞ-ın cavabı haqqında daha çox məlumat alacaq", - o bildirib.
Milli.Az