Dünya

Türkiyə Putinlə Zelenskini görüşdürmək niyyətindədir

26 Sentyabr 2022 13:23
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Ukrayna məsələsində çox həssas nöqtələr var. Məsələn, işğal olunan ərazilər Ukrayna torpaqlarıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, tərəflər zəif mövqe ilə masa arxasına oturmaq istəmir, amma onları müharibənin qalibinin olmayacağına inandırmaq lazımdır.

"Bu ədalətli sülh olmalıdır, çünki məsələn, Ukrayna torpaqları işğal olunub. Təbii, müharibənin davam edilməsini istəyən aktorları da razı salmaq lazımdır. Biz Türkiyə olaraq ümidimizi itirməmişik, səylərimizi davam etdirərək iki lideri bir araya gətirmək, liderlər səviyyəsində qərar alınmasını istəyirik", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.