Dünya

Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu

25 Sentyabr 2022 17:48
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süd yolundakı müəmmalı pulsasiyaların səbəbləri məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsveçin Lund Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup "Gaia" kosmik teleskopunun məlumatlarından istifadə edərək Süd Yolunun xarici diskinin böyük hissələrinin titrədiyini sübut edib.

Bu dalğalanmalar yüz milyonlarla il əvvəl qalaktikamızı silkələyən və hazırda Oxatan bürcündə görünən cırtdan qalaktikadan qaynaqlanır.

Alimlərin sözlərinə görə, Süd Yolu 100-400 milyard ulduzdan ibarətdir. Onlardan bəziləri qalaktika diskinin xarici bölgələrində yerləşir. Həmin ulduzlar müxtəlif sürətlə yuxarı və aşağı hərəkət edir. Belə ki, Oxatan bürcündəki cırtdan qalaktika Süd Yolunun yanından keçərkən qalaktikamızda dalğalanmalar yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.