Dünya

Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb

24 Sentyabr 2022 09:40
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər.

Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb.

Gürcüstanın Baş naziri vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.