Dünya

Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini azad edib

24 Sentyabr 2022 09:18
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna hərbçiləri sentyabr ayı ərzində artıq 9 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib. Sabitləşdirmə tədbirləri davam edir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib:

"Bu nəzərəçarpacaq nəticə müvəqqəti işğal olunmuş ərazilərdəki xalqımızın bizə kömək etməsi sayəsində əldə olunub. Xahiş edirəm, bu cür yardımların daha çox olması üçün hər şeyi edin", - Prezident çağırış edib.

O, ukraynalılardan Rusiyaya saxta "referendum" keçirməyə kömək edənlərlə bağlı məlumatları xüsusi xidmət orqanlarına ötürməyi istəyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.