Dünya

Ərdoğan: Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu

23 Sentyabr 2022 16:40
Baxış: 1 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Ukrayna müharibəsində Türkiyə üçün prioritet "taxıl dəhlizi" məsələsi və əsir mübadiləsi idi.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dəhliz vasitəsilə artıq 4 milyon tondan çox taxıl daşınıb.

"Təbii ki, hazırda mühüm addımlarımızdan biri Rusiyadan gələcək taxıldır. Ən vacibi gübrə transferi məsələsidir. Biz buna başlayan kimi onları yoxsul ölkələrə göndərəcəyik", - Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, əsir mübadiləsində 200 ad ətrafında qərar verilib: "Bu 200 nəfər bizdədir. Bunlar bizim qonaqlarımızdır, Putin onlardan birinin adı üzərində (Viktor Medvedçuk) xüsusi durmuşdu. Onu artıq Rusiyaya göndərdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.