Fransa nəşri Azərbaycanın Ermənistanın əsassız ittihamlarını rədd etməsindən yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın "La Gazette" xəbər portalında "Azərbaycan Fransa tərəfindən çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın əsassız ittihamlarını rədd edib" (L'Azerbaïdjan rejette les allégations dénuées de fondement de l'Arménie devant le Conseil de Sécurité des Nations Unies, saisi par la France) başlıqlı məqalə dərc olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, məqalədə bildirilib ki, 16 sentyabr tarixində keçirilmiş iclas zamanı Ermənistan nümayəndəsinin səsləndirdiyi ittihamları Azərbaycan tərəfi qətiyyətlə təkzib edirək, bu ittihamların Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən və regionda sülhə, sabitliyə və əməkdaşlığa kömək etməkdən nə qədər uzaq olduğunu göstərdiyini bəyan edib.
"Ermənistan - Azərbaycanın suveren ərazilərini təqribən 30 il ərzində işğal altında saxlamış, Azərbaycana qarşı təcavüz edən, kütləvi etnik təmizləmələr və müharibə dövründə digər çirkin cinayətlər törətmiş ölkə indi Ermənistanın daima pozduğu normalar və prinsiplər haqqında ağızdolusu danışır, cəzasız qalmasının sonsuzadək davam edəcəyinə ümid bəsləyərək qətnamələrini yerinə yetirməkdən imtina etdiyi Təhlükəsizlik Şurasına müraciət edir",-deyə məqalədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin iclasda çıxışı zamanı səsləndiridiyi fikirlərə istinadən vurğulanıb.
Həmçinin bildirilib ki, son zamanlar Ermənistan sərhədyanı ərazilərdə siyasi və hərbi təxribatlara əl atmaqla iki ölkə arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən yayınmağa, dövlətlərarası münasibətlərin normalaşması prosesini pozmağa, ikitərəfli məsələlərin həllinə üçüncü tərəfləri cəlb etməyə, öz ərazi iddialarını və revaşist məqsədlərini dəstəkləmək üçün gərginliyin coğrafiyasını genişləndirməyə çalışıb.
"Azərbaycan regional sülhün, sabitliyin və inkişafın tərəfdarıdır. Ermənistan ilə Azərbaycan arasında qonşuluq münasibətlərinin qurulması tamdəyərli regional normallaşma vasitəsilə təhlükəsiz, sabit və firavanlaşan Cənubi Qafqaz yaradılmasının açarıdır. İkitərəfli komissiyanın vasitəsilə sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyaların açılması ikitərəfli sülh müqaviləsinə dair danışıqları tamamlayan dövlətlərarası normallaşmanın iki istiqamətidir", -deyə məqalədə əlavə olunub.
Məqalədə eyni zamanda xatırladılıb ki, məhz Azərbaycan Ermənistan ilə dövlətlərarası münasibətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qarşılıqlı tanıma və hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalanması yolu ilə normallaşma prosesi təşəbbüsünü irəli sürüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq





