Dünya

18 yaşlı haker “Uber”-i “sındıraraq” sürücülərin maaşının artırılmasını tələb etdi

17 Sentyabr 2022 18:48
Baxış: 1 223
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Populyar taksi xidməti "Uber" haker hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti 18 yaşlı haker öz üzərinə götürüb. O, sürücülərin maaşlarının artırılmasını tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət hücumu təsdiqləyib. Uber nümayəndələri bildiriblər ki, onların mütəxəssisləri haker hücumunun miqyasını öyrənmək üçün bir neçə daxili rabitə və mühəndislik sistemini söndürüblər.

Hazırda şirkət hadisə ilə bağlı araşdırma aparır və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.