Dünya

Ukrayna ABŞ-dan ballistik raketlər almaq istəyir

12 Sentyabr 2022 23:30
Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna silah tədarükü üçün ABŞ-a yeni sorğu göndərmək niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" ABŞ Konqresinin üzvlərinə artıq təqdim olunmuş vəzifələrin siyahısına istinadən məlumat yayıb.

Söhbət, xüsusən, 300 km-ə qədər mənzilli ATACMS raketlərindən, həmçinin tanklar, dronlar və artilleriya sistemlərindən gedir. Ümumilikdə siyahıya 29 növ silah daxildir.

Bundan əlavə, siyahıda HIMARS reaktiv yaylım atəşi sistemi və "Harpoon" gəmi əleyhinə raket sistemləri üçün 2 min mərmi də var. Sənəddə qeyd edilir ki, Kiyev bu silahlardan 2023-cü ildə hərbi əməliyyatlar üçün istifadə etmək niyyətindədir.

ATACMS tipli Amerika raketləri ballistik raketlərin alt sinif silahlarıdır. Raketlər yüksək dəqiqliy və idarə olunması ilə seçilir. Xüsusilə o, uçuş zamanı korrektə olunur və nişan alınmış nöqtəyə yönəldilir. Ona görə də onun hədfədən kənarlaşması belə kiçikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.