Dünya

BMT baş katibi Pakistana köməyə çağırıb

10 Sentyabr 2022 22:26
Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin baş katibi Antoniu Quterreş dünya ölkələrini Pakistana köməyə çağırıb.

Baş katib Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin yardım göstərməsinin vacibliyini vurğulayıb.

Quterreş Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini vurğulayıb.

"Bu, ədalət məsələsidir", - Quterreş deyib.

Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, iyunun ortalarından bu yana güclü musson daşqınları nəticəsində 1 396 nəfər ölüb, 12 728 nəfər xəsarət alıb, 1 743 345 evə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.