Dünya

Las-Veqasda döyüşçülər arasında kütləvi dava olub - VİDEO

10 Sentyabr 2022 14:15
Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 10-dan 11-nə keçən gecə Las-Veqasda UFC 279 yarışı keçiriləcək.

Yarışda əsas məqamın Xəmzət Çimayev və Neyt Dias arasında döyüş olacağı bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, döyüşdən əvvəl rəqiblər və onların komanda üzvləri dava düşüb. Bu səbəbdən yarışın rəhbəri Deyn Uayt hətta tədbir ərəfəsində mətbuat konfransını da ləğv etməli olub. Konfransın ləğv edilməsinin tarixdə ilk dəfə baş verdiyi qeyd edilib.

Boks insayderlərinin dediyinə görə, davaya səbəb Çimayevlə UFC 279-da da çıxış edəcək Kevin Holland arasında münaqişə olub. Döyüşçülər uzun müddətdir ki, bir-birlərini sevmirlər və son məqam Hollandın bu yaxınlarda verdiyi müsahibə olub. O, müsahibədə Çimayevi təhqir edib.

Bildirilir ki, Çimayevlə Holland arasında ilkin atışma sakitləşdirilib. Lakin sonra Diasın komandasının üzvü isveçli döyüşçüyə şüşə atıb. Bununla da kütləvi dava başlayıb.

Həmçinin qeyd edilir ki, Çimaev Hollandın sinəsinə təpik vurub, bundan sonra Diasın dostları müdaxilə edib.

Yarış rəhbəri mühafizəçilərin məsləhəti ilə mətbuat konfransını ləğv edib. Eyni zamanda Çimayev, Dias və Hollandı cərimələyəcəyini vəd edib. "Bu şirkətin tarixində heç vaxt belə hal olmayıb. Mənə inanın ki, indi bu mətbuat konfransını keçirməmək ən düzgün qərardır", - deyə Uayt bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.