Rusiyada Rostov-na-Donu şəhərinin Pervomayski rayonunda alış-veriş pavilyonunun yanındakı açıq tualetdə körpə meyiti tapılıb.
Milli.Az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.
İstintaqın məlumatına görə, uşağın 36 yaşlı anası həkimlərdən kömək istəmədən onu küçə tualetində dünyaya gətirib. Daha sonra rus qadın körpəni orada buraxmaq qərarına gəlib.
Qadının hərəkətinin motivləri barədə məlumat verilməyib. Ölən oğlanın anası ilə müstəntiqlər işləyir, ekspertizalar təyin edilib. İstintaq Komitəsi yeni doğulmuş körpənin ana tərəfindən öldürülməsi maddəsi ilə cinayət işi açıb.
İrfan Vəliyev
Milli.Az