Dünya

“Titanik”in yeni görüntüləri nümayiş olundu: Canlı da izləmək mümkündür - VİDEO

8 Sentyabr 2022 20:40
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"OceanGate Expeditions" dəniz ekspedisiyasının üzvləri yüz ildən artıqdır batmış "Titanik" gəmisini yeni üsulla görüntülərini təqdim ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gəmi 8000 piksel təsvir ölçüsü ilə lentə alınıb ki, bu da tamaşaçıya qəzaya uğramış gəminin göyərtəsində bütün detalları görməyə imkan verir.

Ekspedisiyanın tərkibinə sualtı dalğıc mütəxəssisləri, tədqiqatçı alimlər daxil olub.

Həmçinin macəra həvəskarları da okeanın dibinə səyahət edib gəmini canlı izləyə bilərlər. Bunun üçün bilet 250 min dollar təşkil edir.

"OceanGate" gəminin tədqiqinin qısa videosunu çəkib. Kadrları 8000 piksel təsvir ölçüsündə izləmək olar ki, bu da gəmini detallı şəkildə görməyə imkan verir. Məsələn, lövbərin kiçik detallarını, bir vaxtlar sahildəki dayaqlara yanalma kəndirlərini, "Titanik"in altı yük anbarından birincisini və gəminin nəhəng bürünc qüllələrini görmək mümkündür.

Alimlər və dəniz arxeoloqları həmçinin "Titanik"in "fenomenal rəng"lərə malik olduğunu qeyd ediblər.

Növbəti videoların isə 2023-cü ildə çəkilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.