Dünya

Putinin çıxışına görə Mask fikrindən daşındı

8 Sentyabr 2022 17:48
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı sahibkar İlon Mask Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibəti ilə gözlənilən çıxışına görə "Twitter"in alışını təxirə salmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə milyarderin sazişlə məşğul olan bankirlə yazışmasından aydın olub.

Belə ki, ismarışında Mask dünyanın üçüncü dünya müharibəsinə doğru getdiyi vəziyyətdə razılaşmanın mənasının olmayacağını bildirib və bir müddət gözləmək qərarını açıqlayıb.

"Gəlin bir neçə gün gözləyək. Putinin sabahkı çıxışı, həqiqətən, vacibdir", - deyə o bildirib.

Hüquqşünasların fikrincə, Maskın bu açıqlamaları sübut edir ki, platformanı almaqdan imtinaya səbəb "Twitter"in öz öhdəliklərini yerinə yetirməməsi deyil, milyarderin şəxsi maliyyə qayğısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.