Dünya

Bu ölkədə baş verən güclü zəlzələ zamanı 46 nəfər ölüb, onlarla insan xəsarət alıb

5 Sentyabr 2022 22:35
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş vermiş 6,8 bal zəlzələ nəticəsində 46 nəfər həlak olub.

Milli.Az bildirir ki, bu barədə "report" xarici mətbuata istinadən xəbər verir.

Çinin Mərkəzi Seysmoloji şəbəkəsinin məlumatına görə, 16 kilometr dərinlikdə qeydə alınan zəlzələ zamanı Qanzi rayonunda 29, Yaan şəhərində isə 17 insan ölümü qeydə alınıb.

Təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb, su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturu zədələnib, 

Çin Sədri Si Szinpin təbii fəlakətdən zərər çəkənləri xilas etmək üçün bütün qüvvələri səfərbər etməyə çağırıb. İnsanların həyatının xilas edilməsinin və itkinin azaldılmasının prioritet vəzifə olduğunu vurğulayan Si diqqətli olmağın vacibliyinə diqqət çəkib.

Si Szinpin zəlzələdən zərər çəkənlərin dərhal köçürülməsi və təhlükə zonasından çıxarılmasının lazım olduğunu deyib. O, ordu və polis qüvvələrinin yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində xilasetmə işlərinə dəstək vermələrini istəyib.

Zəlzələ bölgəsinə Ludinq rayonundan 30 yanğınsöndürən və ətraf yaşayış məntəqələrindən 530 xilasedici cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.