Dünya

Ruslar döyüşən əsgərlərin maaşını vermir - Britaniya

5 Sentyabr 2022 02:31
Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı rus qoşunları rəhbərliyin vəd etdiyi maaşları və mükafatları almır. Bu, yəqin ki, Ukraynada döyüşməyə razılıq verən rus əsgərlərinin əsas problemlərindən biridir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rus işğalçılarının gəliri əmək haqqı, müxtəlif bonuslar və müavinətlər sistemindən ibarətdir. Lakin Rusiyada vəd edilən vəsaitin ödənilməsində problemlər yaranıb. Bu, çox güman ki, səmərəsiz hərbi bürokratiya, "xüsusi hərbi əməliyyat"ın qeyri-adi hüquqi statusu və komandirlər arasında aşkar korrupsiya ilə bağlıdır", - məlumatda bildirilib.

Qeyd olunur ki, Rusiya komandanlığı ödənişin gecikdirilməsi ilə yanaşı, əsgərləri adi əşyalarla - geyim, silah və yeməklə də təmin etmir. Bu, rus qoşunlarının mənəvi durumuna əhəmiyyətli dərəcədə təsir edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.