Dünya

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

1 Sentyabr 2022 20:14
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt ora silahdan 5 güllə atılıb.

Bu güllələrdən birinin Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üzərindən keçdiyi bildirilib. Silahlı hücumda yaralanan və ya ölən olmayıb.

İqtidarda olan AK Partiya sözçüsü Ömər Çelik məsələnin bütün tərəflərinin araşdırıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.