ABŞ-da polis çimərlik duşlarına gizli müşahidə kamerası quraşdıran şəxsi saxlayıb.
Milli.Az bildirir ki, bu barədə MSN xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Nyu-Hempşir ştatının sakini, 58 yaşlı Dana Alan Karuzo Florida ştatının Sanibel adasının çimərliyində dəfələrlə çılpaq turistləri izləyib.
İyulun 28-də gizli kamera aşkar edilib - o, yanğın təhlükəsizliyi sensoru kimi gizlədilib. Bir müddət sonra, avqustun 9-da polis Karuzonu tapıb. Nəticədə həmin şəxs Çikaqo hava limanında saxlanılıb. Amerikalı cinayət məsuliyyətinə cəlb olunub.
İrfan Vəliyev
Milli.Az