Dünya

"Son sutkada Rusiyanın 450 hərbçisi zərərsizləşdirilib" - Ukrayna Baş Qərargahı

30 Avqust 2022 12:00
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 550-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 954 tank, 4 294 zirehli döyüş maşını, 1 079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.