Dünya

Pakistanda insanları seldən təxliyə edən qayıq aşdı - Ölənlər var - FOTO

30 Avqust 2022 08:44
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda 14 iyundan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1136-ya yüksəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Pakistan Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə son 24 saatda 75 nəfər ölüb.

Güclü yağışlar nəticəsində 1 milyon 51 min 570 evə ziyan dəyib, 735 min 375 təsərrüfat heyvanı tələf olub.

Yerli medianın məlumatına görə, daşqından zərər çəkmiş 25 nəfəri təhlükəsiz yerlərə aparan qayıq Sind əyalətinin Bilavalpur şəhərində çevrilib. Qəzada aralarında uşaqların da olduğu 13 nəfər həyatını itirib, 8 nəfər xilas edilib.

İtkin düşənlərin axtarışları davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.