Dünya

Azərbaycan Gürcüstanın dərman ixracatçıları arasında ikinci yerdədir

30 Avqust 2022 08:22
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gürcüstanın dərman ixrac etdiyi ölkələr arasında ilk üçlükdədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Qeyd edilir ki, Gürcüstan idxal etdiyi dərman vasitələrini ümumilikdə 26 ölkəyə satıb. Siyahıda birinci yerdə Özbəkistan qərarlaşıb. Bu ölkəyə 28,79 milyon dollarlıq (ABŞ) dərman satılıb. Siyahıda ikinci yerdə qərarlaşan Azərbaycana 10,103 milyon dollarlıq, üçüncü yerdə qərarlaşan Ermənistana isə 2,286 milyon dollarlıq dərman vasitələri satılıb.

Sonrakı yerlərdə Qırğızıstan (1,571 milyon dollar), Rusiya (1,512 milyon dollar) qərarlaşıb.

Xidmətin məlumatına görə, Gürcüstana idxal olunan dərmanların beşdə biri xaricə satılır. Bu il ölkəyə 234,207 milyon dollarlıq dərman vasitələri idxal olunub, onun bir qismi (47,597 milyon dollarlıq preparat-red) xaricə satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.