Dünya

"Rusiyanın hərbi itkiləri 41 mini ötüb"

29 Avqust 2022 11:06
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 100-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 947 tank, 4 269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopter, 844 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 188 avtomobil texnikası və avtosistern, 101 xüsusi texnikadan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.