Dünya

Yer kürəsini maqnit qasırğası əhatə edəcək: Tarixlər açıqlandı

28 Avqust 2022 16:26
Baxış: 1 231
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Maqnit qasırğası, xroniki xəstələrin, yaşlıların və meteohəssas insanların səhhətini ciddi şəkildə poza bilər. Qasırğa zamanı bir çox insanlar baş ağrısı, başgicəllənmə, halsızlıq, ürək bulanması, yüksək təzyiqdən şikayətlənirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avqustun son həftəsində Yer kürəsini iki günlük maqnit tufanı bürüyəcək. Təbiət hadisəsi avqustun 28-i və 29-da baş verəcək. Qasırğa öz gücü baxımından zəif olacaq. Avqustun 27-də, fırtına ərəfəsində isə Günəşin aktivliyi artacaq.

Həmçinin, sentyabrın 3-dən 5-dək daha bir maqnit qasırğası gözlənilir. Sentyabrın 6, 7 və 8-də Günəşin aktivliyi adi haldan bir qədər yüksək olacaq.

Qeyd edək ki, maqnit qasırğaları Günəşin səthindəki partlamalar nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.